21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Bakı sakinləri təhlükə barədə xəbərdar edilib
Tarix: 07-02-2023 13:29 | Bölmə: Cəmiyyət
Bakı sakinləri təhlükə barədə xəbərdar edilib

Bu gün günün ikinci yarısından başlayaraq fevralın 9-a kimi ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun xeyli enəcəyi, sulu qar, qar yağacağı, güclü külək əsəcəyi proqnozlaşdırılır.

Reyting.az
xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti gözlənilən hava şəraiti ilə bağlı paytaxt sakinlərinə müraciət edərək, onları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Müraciətdə qeyd olunur:

“Bakıda və Abşeron yarımadasında gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq və avtomobilləri saxlamamaq tövsiyə olunur.

Bildiririk ki, hava şəraiti ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar xüsusi, gücləndirilmiş iş rejimində çalışacaqlar”.

E. KAMAL
Reyting.az





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər