21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Dəniz səviyyəsi yüksəlir, Hatayın bir hissəsi su altında qalıb - Fotolar
Tarix: 08-02-2023 17:12 | Bölmə: Cəmiyyət
Dəniz səviyyəsi yüksəlir, Hatayın bir hissəsi su altında qalıb - Fotolar

Zəlzələnin ən çox ziyan vurduğu Hatayın İsgənderun rayonunu yenə su basıb.

Reyting.az
xəbər verir ki, İsgənderunda dəniz səviyyəsinin qəfil qalxması nəticəsində dünən də bəzi küçələri su basmışdı.

Türkiyə mətbuatı yazır ki, bu gün dəniz suyunun səviyyəsi daha da qalxıb və nəticədə şəhərin bir hissəsi daha çox subasmaya məruz qalıb.

Məlumata görə, suyun səviyyəsinin belə qalxması səbəbindən sahil zonasına yaxın olan evlər, banklar və digər çoxsaylı iş yerləri boşaldılıb, əhali arasında zəlzələdən sonra növbəti böyük həyəcan yaranıb.

İsgənderun valisi subasmalarla bağlı sakinlərə xəbərdarlıq edib. O bildirib ki, bu vəziyyət rayonda onsuz da əlverişsiz şəraiti bir qədər də mürəkkəbləşdirib: "Ancaq sizi təmkinli olmaya dəvət edir, eyni zamanda, zəlzələdən daha çox zərərçəkən ərazilərə getməməyə çağırıram".

Bəzi ekspertlər iddia edir ki, güclü zəlzələdən sonra yerin təkində yaranan dəyişiklik dəniz səviyyəsini qaldırmaqda davam edəcək və Hatayın bəzi bölgəsinin su altında qalması ilə nəticələnəcək: "Ümumilikdə, Hatayın dəniz sahilindən 200 metr içərilərə doğru su altında qalacağı zənn edilir".[/b]

Onu da xatırladaq ki, fevralın 6-da Türkiyədəki zəlzələdən sonra İsgənderun limanında başlayan və iki gün davam edən güclü yanğın bu gün söndürülüb.

E. ARAZ








Bölməyə aid digər xəbərlər
bütün xəbərlər