21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Azərbaycanda türkiyəli yaralılar üçün 2 min çarpayı ayrılıb
Tarix: 08-02-2023 19:08 | Bölmə: Cəmiyyət
Azərbaycanda türkiyəli yaralılar üçün 2 min çarpayı ayrılıb

Azərbaycanın səhiyyə naziri Teymur Musayev türkiyəli həmkarı Fahrettin Koca arasında telefon danışığı olub.

Reyting.az 
xəbər verir ki, telefon danışığı zamanı Teymur Musayev Azərbaycan prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələrinin zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirildiyini Türkiyəli həmkarının diqqətinə çatdırıb.

“Ehtiyac olduğu təqdirdə, Azərbaycanlı tibb mütəxəssisləri yaralanmış şəxslərin müalicəsinə tibbi dəstək göstərməyə tam hazırdır”, - nazir deyib.

T. Musayev yaralıların tezliklə sağalmasını arzulayıb və həlak olmuş şəxslərin ailələrinə Allahdan səbr diləyib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər