21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
FHN-nin mobil səhra hospitalı Kahramanmaraşda fəaliyyətə başlayıb
Tarix: 09-02-2023 12:41 | Bölmə: Cəmiyyət
FHN-nin mobil səhra hospitalı Kahramanmaraşda fəaliyyətə başlayıb

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Mobil səhra hospitalı qardaş ölkənin Kahramanmaraş şəhərində fəaliyyətə başlanılıb.

Məlumata görə, bunu jurnalistlərə açıqlamasında FHN-nin İctimaiyyətlə Əlaqələr İdarəsinin baş məsləhtçisi Turqay Abbaslı deyib.

O bildirib ki, Azərbaycan xilasediciləri hazırda qardaş ölkənin Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir:

"Fövqəladə Hallar Nazirliyi tərəfindən 725 nəfər şəxsi heyət əraziyə cəlb edilib. Onlardan 41-i tibbi personaldır. Artıq bir neçə gündür Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları həyata keçirirlər. İndiyədək 8-i uşaq olmaqla 37 nəfəri sağ, 147 nəfər meyit dağıntılar altından çıxarılıb. Azərbaycandan çoxlu sayda humanitar yardım, çadırlar, dərman preparatları qardaş ölkə Türkiyəyə gətirilib. Mobil səhra hospitalı Kahramanmaraşda qurulub və fəaliyyətə başlayıb"/Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər