21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Reyestr Xidməti Xalq artistinin ailəsinə problem yaradır
Tarix: 09-02-2023 16:52 | Bölmə: Cəmiyyət
Reyestr Xidməti Xalq artistinin ailəsinə problem yaradır

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi bir ildir ki, heç bir izahat vermədən mərhum bəstəkar, Xalq artisti Əlimusa Mirzəyevin adına olan torpaq sahəsi üçün arayış verməkdən imtina edir.

Reyting.az
-ın məlumatına görə, bu barədə vəkil Yusif Allahverdiyev bildirib.

Y. Allahverdiyev deyib ki, 25 yanvar 2003-ci ildə “Şöhrət” ordeni ilə, 31 yanvar 2013-cü il də “Şərəf” ordeni ilə təltif olunmuş, Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının keçmiş üzvü, Xalq artisti, professor, mərhum bəstəkar Mirzəyev Əlimusa Abdulla oğluna məxsus torpaq sahəsi üçün arayış almaqda çətinlik çəkirlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi arayışın alınması ilə bağlı müraciətə laqeyd yanaşır, süründürməçilik edir. Arayış tələbi 2022-ci ilin fevral ayından bugünədək öz həllini tapmır.

Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5576 nömrəli bağ sahəsinin görkəmli bəstəkar mərhum Mirzəyev Əlimusa Abdulla oğluna məxsus olmasına dair arayışın verilməsi tələbi ilə vəkil Y. Allahverdiyev tərəfindən 2022-ci ilin fevral ayında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, qeyd olunan qurum tamamilə əsassız şəkildə müraciətin icrasından yayınır.


Əlimusa Mirzəyev

Qeyd olunan arayışın verilməsi öhdəliyinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunsa da, cavabdeh tərəf öz qanunsuz hərəkətlərini bügünədək davam etdirməklə məhkəmə tərəfindən tələb olunan iş üzrə əhəmiyyətli sənədlərin, mənfi və ya müsbət olmasından asılı olmayaraq, mütəxəssis rəyini təqdim etmir.

“Belə başa düşülür ki, Azərbaycan Respublikasının mədəniyyətinə olan qatqısı və xidmətləri ölkə başçısı tərəfindən qiymətləndirilən mərhum Mirzəyev Əlimusa Abdulla oğlu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin diqqətindən kənardadır və yaxud da qurumun başqa bir marağı var”, - deyə vəkil Y. Allahverdiyev əlavə edib.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin diqqəti nəticəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 29 yanvar 2022-ci il tarixində Xalq artisti, bəstəkar Musa Mirzəyevin 90 illik yubileyinə həsr olunmuş konsert təşkil edilib.(Poliqon.info)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər