21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Dəfn edilənlərin kimliyi bilinməyən zəlzələ məzarlığı…
Tarix: 10-02-2023 17:44 | Bölmə: Cəmiyyət
Dəfn edilənlərin kimliyi bilinməyən zəlzələ məzarlığı…

Qəhramanmaraşda baş verən zəlzələlərdə həyatını itirən və şəxsiyyəti müəyyən edilə bilməyən insanlar dəfn edilməzdən əvvəl onların şəxsiyyətini təyin etmək üçün fotoşəkili çəkilir, barmaq izləri və DNT nümunələri götürülür, cənazənin basdırıldığı yer və qəbiristanlıq qeydə alınır.

Reyting.az
xəbər verir ki, Türkiyə Ədliyyə Nazirliyi episentri Qəhramanmaraşa düşən dəhşətli zəlzələlərdən zərər çəkmiş vilayətlərdəki prokurorlara “Zəlzələ ilə əlaqədar fövqəladə vəziyyət elan edilən yerlərdə aparılacaq ölü müayinəsi və dəfn icazəsi prosedurları” başlıqlı məktub göndərib.

Ədliyyə naziri Bəkir Bozdağın göstərişi ilə Cinayət İşləri Baş İdarəsi tərəfindən göndərilən məktubda zəlzələ bölgəsindəki dağıntıların həcminə və iqlim şəraitinə diqqət yönəldilir, şəxsiyyəti müəyyən edilməyən cəsədlərin dəfn olunduğu yerə diqqət yetirilməsinin vacibliyi qeyd olunur.

“Xalq sağlamlığı” qanununa görə, dəfn icazəsi həkim olmayan yerlərdə səhiyyə işçiləri, bu mümkün olmadıqda isə kənd muhtarları tərəfindən verilir. Zəlzələ nəticəsində həyatını itirən şəxslərin şəxsiyyətini və vəziyyətini müəyyən etmək üçün məmurlar tərəfindən mülki idarə təyin ediləcək. Dəfn üçün sənəd hazırlanacaq və dəfn prosesi aparılacaq.

Təlimat məktubunda ölümlə bağlı müayinənin şəhər və rayon mərkəzlərində həkim tərəfindən operativ şəkildə aparılacağı, ölmüş ekspertiza aktlarının dövlət ittihamçısı tərəfindən qeydiyyata alınacağı və dəfn üçün icazənin veriləcəyi qeyd edilib.

Məktubda yazılır ki, şəxsiyyəti müəyyən edilməyən şəxslərin cəsədlərinin münasib fotoşəkilinin çəkilməsi, barmaq izlərinin və DNT nümunələrinin götürülməsi, dəfn mərasiminin qeydə alınması və dəfn vəsiqəsinin verilməsi tələb olunur.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər