Azərbaycana qarşı bölücülük edən şəxs Rusiyada tutulub
Tarix: 10-09-2018 15:37 | Bölmə: Cəmiyyət
Azərbaycana qarşı bölücülük edən şəxs Rusiyada tutulub

Azərbaycana qarşı bölücülük fəaliyyəti ilə məğul olan, Talış Milli Hərəkatı adlanan qondarma qurumun başçısı Fəxrəddin Abboszade Moskva vilayətinin Lyuberets rayonunda həbs olunub.

Rusiya KİV-ləri xəbər verir ki, F. Abboszade Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında federal axtarışa verilib və sentyabrın 6-da saxlanılıb.

Sentyabrın 7-də isə Moskva vilayəti Luberets Rayon Məhkəməsinin hakimi İ. Juravlevin hökmü ilə Azərbaycana ekstradisiya olunması üçün 1 aylıq müddətə barəsində həbs qətimkan tədbiri seçilib.

F. Abboszade haqda 2018-ci il iyulun 12-də Səbail Rayon Məhkəməsinin qərarı ilə cinayət işi açılıb və onun həbsinə qərar verilib.

Xatırladaq ki, F. Abboszade ermənilərə məxsus mətbuat orqanlarında Azərbaycana qarşı separatçı çıxışlar edib. Onun Ermənistan xüsusi xidmət orqanları ilə sıx əlaqədə olduğu bildirilir.




Bölməyə aid digər xəbərlər
24-05-2024, 12:54 MEDİA müsabiqə elan edib
24-05-2024, 12:26 Sabah yağış yağacaq

{sape_links}{sape_article}