20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Devrilən prezidentin arvadını Dubaya uçmağa qoymadılar
Tarix: 15-04-2019 16:50 | Bölmə: Dünya
Devrilən prezidentin arvadını Dubaya uçmağa qoymadılar

Sudanın keçmiş prezidenti Omar əl-Bəşirin arvadı Vidad Babakr, eləcə də onun doğma qardaşı Abdalla əl-Bəşir Cənubi Sudanın paytaxtı Cubadan Dubaya uçmağa cəhd ediblər.

Reyting.az xarici mətbuata istinadən bildirir ki, məlumata görə, Vidad Babakr Cubaya əl-Bəşir hakimiyyətdən uzaqlaşdırılandan əvvəlki gün uşaqları ilə gedib.

Sudanın keçmiş liderinin qardaşı isə aprelin 6-dan biznes işi ilə bağlı Cənubi Sudandadır.

Cənubi Sudan hakimiyyəti Əl-Bəşirin qohumlarına Birləşmiş Ərəb Əmirliklərinə uçmağa icazə verməyib və onlara xartumdan Dubaya uçmaq təklif edilib.

Bununla belə, keçmiş prezidentin arvadı və digər yaxın qohumlarının harada olduğu haqda məlumat verilmir.

Sudanda aprelin 11-də çevriliş baş verib, 30 il fasiləsiz hakimiyyətdə olan prezident Omar əl-Bəşir həbs edilib. Hakimiyyət hərbçilərin nəzarətinə keçib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər