20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Dövlət çevrilişinə cəhdə görə iki Rusiya vətəndaşına hökm oxundu
Tarix: 09-05-2019 13:51 | Bölmə: Dünya
Dövlət çevrilişinə cəhdə görə iki Rusiya vətəndaşına hökm oxundu

Monteneqroda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən iki Rusiya vətəndaşı günahkar bilinib və uzun müddətə azadlıqdan məhrum olunublar.

Reyting.az xarici mətbuata istinadla bildirir ki, məhkəmədəEduard Şişmakov və Vladimir Popova müvafiq olaraq 15 və 12 il hökm oxunub.

Onları dövlət çevrilişinə cəhdin təşəbbüsçüsü və təşkilatçı hesab olunurlar.

Hakim Suzana Muqoşinin sözlərinə görə, rusiyalılar Monteneqronun NATO-ya üzvlüyünün qarşısının alınması məqsədilə cinayət törətmək niyyətində olublar.

Bundan əlavə, daha 12 nəfər, o cümlədən Monteneqro müxalifətçiləri Andriya Mandiç və Milana Knejeviç barəsində də hökm çıxarılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər