Meksikada gizli məzarlıqlardan 35 meyit tapılıb
Tarix: 12-05-2019 11:40 | Bölmə: Dünya
Meksikada gizli məzarlıqlardan 35 meyit tapılıb

Meksikanın Halisko ştatında üç gizli məzarlıqdan ümumilikdə 35 meyit tapılıb.

"RİA Novosti" xəbər verir ki, bunu ştat prokuroru Herardo Oktavio Solis deyib.

Daha çox cəsəd Sapopan bələdiyyəsindəki ranço ərazisində aşkar edilib.

"Orada vaxtikən azadlıqdan məhrum edilmiş 27 nəfərin meyiti olub. Hələ ki, iki nəfərin meyiti tanınıb", - deyə "Universal" portalı Solisin sözlərini sitat gətirib.

O bildirib ki, rançoda ekspertlərin işi davam edir və bu səbəbdən meyitlərin sayının artacağı istisna edilmir/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}