Fransada koronavirusa yoluxanların və ölənlərin sayı durmadan artır
Tarix: 30-03-2020 00:47 | Bölmə: Dünya
Fransada koronavirusa yoluxanların və ölənlərin sayı durmadan artır

Fransada koronavirusa yoluxanların və ölənlərin sayı durmadan artır.

Bu barədə Fransanın Səhiyyə üzrə baş direktoru Jerom Salomon bildirib.

O qeyd edib ki, Fransada bu günədək COVID-19 virusundan ölənlərin sayı 2 606 nəfərə çatıb:

“Son 24 saatda ölkədə 262 nəfər dünyasını dəyişib. Bütövlükdə yeddi mindən çox şəxs müalicə olunaraq sağalıb. Fransada COVID-19-a yoluxma hallarının ümumi sayı demək olar ki, 40 200 nəfərdir. Hazırda ölkədə 19 mindən çox virus daşıyıcısı xəstəxanadadır.

Bunlardan təqribən 4 600 nəfəri reanimasiyadadır. Onların üçdə biri 60 yaşdan aşağıdır. Fransadakı xəstəxanalara müraciət edənlərin sayı dünəndən 10% artıb” - deyə, baş direktor bildirib.

Qeyd edək ki, Fransada COVID-19 pandemiyası ilə bağlı karantin müddəti aprelin 15-dək uzadılıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}