BMT Baş katibi: “Bəşəriyyət pandemiya sınağından üzüağ çıxa bilmədi”
Tarix: 24-09-2020 18:59 | Bölmə: Dünya
BMT Baş katibi: “Bəşəriyyət pandemiya sınağından üzüağ çıxa bilmədi”

“COVID-19 ilə bağlı pandemiya açıq-aydın beynəlxalq əməkdaşlıq üçün sınaqdır və biz bundan üzü ağ çıxa bilmədik”.

Bunu BMT Baş katibi Antoniu Quterriş Təhlükəsizlik Şurasının virusla bağlı vəziyyət üzrə iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, virus artıq dünyada 1 milyona yaxın insanı öldürüb və 30 milyondan çox insan virusa yoluxub.

“O, nəzarətdən çıxıb”, - Baş katib söyləyib.

Ümumdünya Səhiyyə Təşkilatının sentyabrın 24-nə olan məlumatına görə, dünyada ümumilikdə 31 664 104 koronavirusa yoluxma faktı qeydə alınıb, 972 221 nəfər virusun qurbanı olub/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}