13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Almaniya XİN Azərbaycan və Ermənistanı substansiv danışıqları bərpa etməyə çağırıb
Tarix: 27-09-2020 17:47 | Bölmə: Dünya
Almaniya XİN Azərbaycan və Ermənistanı substansiv danışıqları bərpa etməyə çağırıb

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində toqquşmaların yenilənməsi xəbəri məni narahat edir.

Bunu Almaniya Xarici İşlər naziri Hayko Maas deyib.

O, münaqişə tərəflərini substansiv danışıqları bərpa etməyə çağırıb.

“Artıq hər iki tərəfdən də mülki şəxslərin həlak olduğu bildirilir. Mən hər iki münaqişə tərəfini bütün döyüşləri və xüsusilə də şəhərləri, kəndləri top atəşinə tutmağı dərhal dayandırmağa çağırıram. Dağlıq Qarabağ münaqişəsi yalnız müzakirə yolu ilə həll edilə bilər. ATƏT-in Minsk Qrupu həmsədrləri bunun üçün hazırdırlar. Ermənistan və Azərbaycan dərhal zorakı fəaliyyətə son qoymalı və substansiv danışıqlara başlamalıdır”, - deyə Almaniya XİN başçısı qeyd edib./APA




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər