Rusiya səfirliyinin 10 əməkdaşı ABŞ-dan çıxarılır
Tarix: 15-04-2021 16:38 | Bölmə: Dünya / Xəbərlər
Rusiya səfirliyinin 10 əməkdaşı ABŞ-dan çıxarılır

ABŞ Rusiyanın Vaşinqtondakı diplomatik missiyasının 10 əməkdaşını ölkədən çıxarır.

Məlumata görə, ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı sanksiya tətbiq edilməsi barədə Fərman imzalayıb.

Sanksiyada Rusiyanın Vaşinqtondakı diplomatik missiyasının 10 əməkdaşının ölkədən çıxarılması da nəzərdə tutulur.

"Birləşmiş Ştatlar Rusiyanın Vaşinqtondakı diplomatik missiyasının 10 əməkdaşını ölkədən çıxarır. Əməkdaşlar arasında Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri var”, - deyə Ağ evin bəyanatında bildirilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər