Səfərbərlikdən yayınmaq üçün Qazaxıstana qaçan Rusiya vətəndaşları saxlanılıb
Tarix: 25-09-2022 18:31 | Bölmə: Dünya
Səfərbərlikdən yayınmaq üçün Qazaxıstana qaçan Rusiya vətəndaşları saxlanılıb

Bu gün Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti dövlət sərhədini qanunsuz keçmək istəyən üç Rusiya vətəndaşını saxlayıb.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Rusiya vətəndaşları Kostanay vilayətində sərhəddən qanunsuz keçərkən saxlanılıblar. Rusiya vətəndaşları ölkədə qismən səfərbərlikdən yayınmaq üçün sərhədi qanunsuz keçməyə cəhd etdiklərini bildiriblər.

Sorğular başa çatdıqdan sonra saxlanılanlar Rusiya tərəfinə təhvil veriləcək.

Hazırda sərhədlərin etibarlı mühafizəsini təmin etmək üçün Qazaxıstan sərhədçiləri gücləndirilmiş rejimdə fəaliyyət göstərirlər.(APA)




Bölməyə aid digər xəbərlər
18-03-2024, 10:41 Niger İrana uran verir?

{sape_links}{sape_article}