10:39 / 23-10-2025
Sosial yardım nə qədər artacaq? - Deputatdan açıqlama
10:32 / 23-10-2025
ARDNF-in aktivləri 70 milyard dolları keçib
10:20 / 23-10-2025
Bu gün Avropa Liqasının oyunlarına start veriləcək
10:00 / 23-10-2025
Mikayıl Cabbarov lisenziya ilə bağlı qərar imzalayıb
09:30 / 23-10-2025
Bakıda avtomobildə partlayış olub, yaralı var
09:29 / 23-10-2025
Daxili İşlər Nazirliyi sürücülərə çağırış edib - Video
09:15 / 23-10-2025
Tramp Rusiyanın neft nəhənglərini hədəfə alıb - Sanksiya
08:56 / 23-10-2025
Rusiya üzərində 139 PUA vurulub
08:25 / 23-10-2025
Trampın Rusiya planı dəyişir
08:20 / 23-10-2025
Rusiya Alla Puqaçovaya pensiya vermir
07:30 / 23-10-2025
Türkiyə Qətərlə əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir
07:23 / 23-10-2025
İrlandiyada uşaq və yeniyetmələr üsyan edir
07:18 / 23-10-2025
Tel-Əviv İordan çayının qərb sahilini ilhaqa hazırlaşır
07:09 / 23-10-2025
Tramp Putinlə görüşünü ləğv edib
00:01 / 23-10-2025
Qurban Qurbanov: "Futbolçularımız üçün bu, asan deyildi"
22:40 / 22-10-2025
"Qarabağ" uduzub, "Qalatasaray" qalib gəlib
22:14 / 22-10-2025
Məşhur vəkilin evi qarət olunub - (Yenilənib)
20:31 / 22-10-2025
Əli İnsanov: "Burnunu tutsan, canı çıxar, həbsxanada dözməz"
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
19:23 / 22-10-2025
İsveç Ukraynaya 120 ədəd döyüş təyyarəsi satmaq istəyir
18:05 / 22-10-2025
Xalq artisti Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
17:54 / 22-10-2025
Dabaq xəstəliyi Şəki-Zaqatalanı bürüyüb - Vaksin fayda vermir, mal-qaralar tələf olur
17:49 / 22-10-2025
Bələdiyyə sədrinin ölkədən çıxışına "stop" qoyulub
17:42 / 22-10-2025
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
17:19 / 22-10-2025
Nazir işçilərinə maşın yuduzduranı direktor təyin edib
16:51 / 22-10-2025
Gələn ildən bu şəxslər gəlir vergisinə cəlb olunacaq
16:37 / 22-10-2025
“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib - Fotolar
16:22 / 22-10-2025
Yaşayış minimumu və ehtiyac meyarı artırılır
16:05 / 22-10-2025
"Qarabağ"ın U-19 komandası ardıcıl üçüncü oyunda uduzub
16:02 / 22-10-2025
İslandiyada ilk dəfə ağcaqanad aşkar edilib
12:00 / 21-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

16:05 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

13:12 / 21-10-2025

19:14 / 18-10-2025

14:39 / 19-10-2025

19:39 / 22-10-2025

08:12 / 19-10-2025

Əlil şəxslərlə bağlı yeni standartlar müəyyənləşib - Tələblər
Tarix: 09-09-2019 09:12 | Bölmə: Gündəm

Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiqləyib.
Reyting.az xəbər verir ki, yeni standartlarda əlillərin işləməsi qadağan olunan yerlərin siyahısı da müəyyən edilib.
Əlilliyi olan şəxslərin xüsusiyyətlərindən və əlil şəxslərin həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşmasından asılı olaraq, əlilliyi olan şəxslərin aşağıdakı işlərə cəlb edilməsinə yalnız əlilliyi təyin edən müvafiq tibbi-sosial ekspert komissiyasının razılığı ilə yol verilir:
- partlayış xarakterli işlər;
- sualtı işlər;
- şaxtalarda və mədənlərdə yeraltı işlər;
- qaynar sexlərdə görülən işlər;
- nəqliyyat vasitələrinin idarə edilməsi;
- hündürlükdə aparılan tikinti işləri və özül işləri;
- yüksək səs-küylü istehsalat işləri;
- zərərli maddələrin (qurğuşun, civə və s.) istehsalı ilə bağlı işlər;
- əlverişsiz meteoroloji şəraitlə (temperaturun kəskin və tez-tez dəyişməsi, rütubətin artması, havanın soyuması) bağlı işlər;
- böyük fiziki gərginliklə (yükdaşıyanlar, yerqazanlar və s.) bağlı işlər;
- hərəkət edən mexanizmlərə (vestibülyar aparatı
pozulmuş şəxslər üçün) bağlı işlər;
- qışda isidilməyən binalarda, küləkçəkən yerlərdə yerinə yetirilən, ayaqqabının və paltarın islanması, əllərin soyuq suya salınması ilə bağlı işlər;
- elektrik və maqnit sahələrinin statik təsiri ilə bağlı işlər;
- radioaktiv maddələrlə və digər şüa ionlaşdıran mənbələrlə bağlı işlər;
- ultrasəsin təsiri ilə bağlı işlər;
- səsin intensivliyi 80 desibeldən artıq olan (optimal norma isə 55-60 desibel və aşağı ola bilər) işlər;
- zəhərli kimyəvi maddələrlə bağlı işlər;
- əsəb-emosional gərginlikli işlər.
Qeyd edək ki, Nazirlər Kabinetinin “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nda iş sahibləri üçün bir sıra tələblər də nəzərdə tutulur.
Sənəddə bildirilir ki, bu standartlar “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 23.2-ci maddəsinə uyğun olaraq və tabeliyindən, mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycanda fəaliyyət göstərən bütün müəssisə, idarə və təşkilatlara şamil edilir.
Əlilliyi olan şəxslərin iş yerinə dair ümumi tələblər aşağıdakılardır:
- Oturaq vəziyyətdə işlərin görülməsi üçün iş səthinin hündürlüyü (masa üstü və s.) 700-750 mm hüdudunda tənzimlənməlidir. İş stolunun üzərindəki aparat, cihaz və digər ləvazimatdan istifadə zamanı qolların çiyin səviyyəsindən qaldırılması zərurəti yaranan iş yerlərində iş səthinin hündürlüyü 630-680 mm hüdudlarında tənzimlənməlidir.
- Əlilliyi olan şəxs üçün iş stulunun oturacağının ön tərəfi dəyirmi olmalıdır. Stulun oturacağı və söykənəcəyi yarıyumşaq olmaqla sürüşkən olmayan, elektrik keçirməyən, havakeçirmə qabiliyyətli materiallarla örtülməli, çirkdən asan təmizlənməli və texniki-estetik tələblərə cavab verməlidir.
- Əllə qaldırılan və başqa yerə daşınan yükün və ya tətbiq edilən qüvvənin həddi 10 kq-dan və iş növbəsi müddətində bir yerdən digər yerə daşınan yükün ümumi çəkisi 500 kq-dan artıq olmamalıdır.
- İş zamanı əmək şəraitinin gərginliyi və fasiləsiz müşahidə növbə müddətinin 25%-dən artıq olmamalıdır.
- İş yerində hava (temperaturu, rütubəti, hava cərəyanının sürəti, zərərli maddələrin olması) mütənasib əmək şəraitinə uyğun olmalıdır.
- Avadanlığın səthinin temperaturu 35 dərəcədən yuxarı olmamalıdır.
Əlilliyi olan şəxslərin xüsusiyyətlərindən asılı olaraq, əlilliyi olan şəxslərin iş yerlərinin yerləşdiyi binalar aşağıda göstərilən xüsusi rabitə və informasiya vasitələri ilə təchiz edilməlidir:
1. səsin işıq indikatoru;
2. işıq-çağırış siqnalları.
- Binalarda dəhlizlərin eni 1,8 m-dən, qapıların girişinin eni 0,9 m-dən az olmamalıdır.
- Əlilliyi olan şəxs üçün xüsusi iş yerinin təşkil edilməsi digər işçilərin əmək funksiyalarının yerinə yetirilməsinə maneçilik yaratmamalıdır.
- Əlilliyi olan şəxslərin iş yerləri yanğın və digər fövqəladə hadisələri bildirmək üçün əlilliyi olan şəxslərin xüsusiyyətlərindən asılı olaraq, xüsusi siqnalverici avadanlıqla təchiz edilməlidir.
- Əlilliyi olan şəxslərin xüsusiyyətlərindən asılı olaraq, əlilliyi olan şəxslərin aşağıdakı işlərə cəlb edilməsinə yol verilmir:
nərdivandan və digər vasitələrdən istifadə etməklə, hündürlüyə qalxmaqla görülən işlərə;
bədən əzələlərinin statik gərginliyinə səbəb olan əmək prosesi ilə bağlı işlərə;
kəskin vaxt çatışmazlığı ilə bağlı (məsələn, məcburi ritmdə işləyən konveyerdə) işlərə;
narahat halda (çömbələrək, dizi üstə əyilərək və s.) görülən məcburi iş vəziyyəti, qarın və sinə ilə avadanlığa, əmək alətlərinə güc edilməsi, iş görərkən qamətin 15 dərəcədən çox əyilməsi ilə bağlı olan işlərə.
Əlil arabasında hərəkət edən əlilliyi olan şəxslərin iş yeri ilə bağlı tələblər
- Əlilliyi olan şəxslərin iş yerləri onların istifadəsi üçün həyat fəaliyyəti kateqoriyalarının məhdudlaşması nəzərə alınmaqla uyğunlaşdırılmalıdır.
- Əlil arabasında hərəkət edən əlilliyi olan şəxslər üçün oturaq iş yerlərinin yaradılmasına üstünlük verilir. Bu halda sərbəst rejimli, xüsusi tapşırığın yerinə yetirilməsi tələb edilməyən işlər seçilməlidir.
- Oturaq vəziyyətdə işlərdə əlil arabasında hərəkət edən əlilliyi olan şəxslər üçün iş yeri yaradıldıqda, iş yeri antropometrik və erqonomik tələblərə cavab verən əsas və köməkçi avadanlıqlarla təchiz edilməlidir.
- İş yeri təşkil edilərkən, əlil arabasında hərəkət edən əlilliyi olan şəxsin fərdi tələbatları, məhdudiyyətləri və üzləşdiyi maneələr nəzərə alınmalıdır.
- Əlil arabasında hərəkət edən əlilliyi olan şəxsin iş yerinin təşkilində istifadə olunan və nəzərə alınan əsas elementlər aşağıdakılardır:
antropometrik və anatomik-morfoloji məhdudiyyətləri kompensasiya etmək üçün nəzərdə tutulmuş xüsusi avadanlıq və qurğuların mövcud olması;
antropometrik və anatomik-morfoloji xüsusiyyətlər nəzərə alınmaqla, əsas avadanlıq və qurğuların istifadəsinin səmərəsini artırmaq üçün əlavə olaraq hazırlanmış xüsusi əl alətlərinin mövcud olması;
antropometrik və anatomik-morfoloji xüsusiyyətlər nəzərə alınmaqla, material və detalların işlənməsi üçün istifadə olunan texnoloji avadanlıqların idarə edilməsinin əsas elementlərinin iş yerinin hüdudlarında yerləşdirilməsi;
- əlil arabasının dönməsi üçün əlavə sahənin ayrılması.
Görmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxslərin iş yerinə dair tələblər
- Görmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxsin iş yeri erqonomik tələblərə cavab verən əsas və köməkçi avadanlıqlarla təchiz edilməlidir. İş yeri bu avadanlıqlarla təchiz edilərkən, görmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxsin fərdi tələbatı, məhdudiyyətləri və üzləşdiyi maneələr nəzərə alınır.
- Görmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxsin fizioloji xüsusiyyətləri nəzərə alınmaqla, iş yeri təşkil edilərkən istifadə olunan və nəzərə alınan əsas elementlər aşağıdakılardır:
görmə qabiliyyətinin tam itirilməsi ilə əlaqədar fizioloji xüsusiyyətləri kompensasiya edən avadanlıq və ləvazimatların quraşdırılması;
xüsusi hazırlanmış relyef şrifti, taktil cığırlarla iş yerinin təmin edilməsi;
materiallardan və ləvazimatlardan istifadə imkanları üçün tiflokompleksin idarə edilməsinin əsas elementlərinin iş zonasının hüdudlarında yerləşdirilməsi;
iş prosesinin səmərəliliyini və əməyin təhlükəsizliyini təmin etmək üçün iş yerinin ətraf mühitin identifikasiya edilməsinə kömək edən əlavə avadanlıqlarla (akustik, toxunulmaqla duyulan, vizual) təchiz edilməsi.
İş yerində istehsalat avadanlığı və mebel yerləşdirilərkən, görmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxsin iş yerinə maneəsiz giriş-çıxışının təmin olunması nəzərə alınmalıdır.
- Görmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxsin iş yerində işıqlandırma və mebel avadanlığının yerləşdirilməsinin rahatlığını və əməyin təhlükəsizliyini təmin etməlidir.
Görmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxsin iş yerinin təşkil edilməsi üçün sanitariya-gigiyena tələbləri aşağıdakılardır:
- mütənasib mikroiqlim;
- səsin 80 desibeldən artıq olmaması;
- yerli vibrasiyanın olmaması;
- zərərli maddələrin maksimal yol verilən həddən artıq olmaması;
- əllərin üşüməsinə yol verilməməsi.
- Oriyentasiya sisteminin təmin olunması üçün görmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxsin iş yeri bu məqsədlər üçün nəzərdə tutulan toxunma, eşitmə və görmə oriyentasiyalı tiflokomplekslə təmin edilməlidir.
- Bütün texnoloji qurğular tifloişarələrlə təchiz olunur ki, bu da əlilliyi olan şəxsə onlardan vizual nəzarət olmadan istifadə etməyə imkan verir. Bu tifloişarələr alətlərdən təhlükəsiz istifadəni təmin etməlidir. Zəruri hallarda görmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxsin iş yeri radio nöqtələrlə təchiz olunur. Otaqda bir neçə görmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxs işlədikdə, ümumi radioqovşaq mənbəyi quraşdırılır.
Fizioloji xüsusiyyətlər nəzərə alınmaqla, görmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxsin iş yerinin təchizatı üçün aşağıdakı tələblər müəyyən edilir:
- iri relyef-kontrast şriftinin, Brayl şriftinin və akustik naviqasiya vasitələrinin istifadəsinə imkan verən tiflotexniki oriyentasiyalı qurğuların quraşdırılması;
- görmə nəzarəti olmadan işin yerinə yetirilməsini təmin etmək üçün əlavə periferik qurğulardan və funksional məqsədli elektron tiflotexniki vasitələrdən istifadə edilməklə, visual informasiyanın səsləndirilməsi imkanı;
- relyef-nöqtəli və düz çap şriftli yazı vasitələri, o cümlədən relyef-nöqtəli yazı üçün qrifellər, dəftərlər və bloknotlar, Brayl şrifti ilə yazmaq üçün cihazlar, səsyazma və səsləndirmə avadanlıqları ilə iş yerinin təchiz edilməsi;
- kompüterdə işləməyi nəzərdə tutan iş yerinin xüsusi aparat və proqram vasitələri, o cümlədən adaptasiya olunmuş toxunma vasitəsilə işləyən displey və audio-displey (nitq sintezatoru), iri relyef-kontrastlı şrift və Brayl şrifti (Brayl-displey və Brayl-klaviatura) istifadə edilən və monitorun ekranında visual məlumatların səsləndirilməsi imkanı olan xüsusi kompüter və ofis avadanlığı ilə təchiz edilməsi.
Zəif görmə əlilliyi olan şəxslərin iş yerinə dair tələblər
- Fizioloji xüsusiyyətlər nəzərə alınmaqla, zəif görmə əlilliyi olan şəxsin iş yerinin təchizatı üçün aşağıdakı tələblər müəyyən edilir:
- iş yerində maneəsiz hərəkətin təmin edilməsi, əmək funksiyalarının yerinə yetirilməsini təmin edən ümumi işıqlandırmanın olması, iş yerinin videoböyüdücü və lupalarla təchiz edilməsi;
- kompüterdə işləməyi nəzərdə tutan iş yerinin uyğunlaşdırılmış videodispleylə, beynəlxalq standartlara uyğun olaraq veb-kontent və veb-servis xidmətlərinin proqram təminatı əsasında yazı şriftinin iriləşdirilməsi və böyük şriftli çap printeri ilə təchiz edilməsi.
Eşitmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxslərin iş yerinə dair tələblər
- Eşitmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxslərin iş yerindəki istehsalat avadanlığının elementləri erqonomik tələblərə uyğun olmalıdır.
- Hərəkət mexanizmləri ilə yüksək səs-küy və yerli istehsalat vibrasiyası yaranan iş yerlərində, zərərli maddələrin istehsalında eşitmə qabiliyyətini tam itirmiş şəxslərin işləməsinə icazə verilmir.
- İş yeri təchiz edilərkən eşitmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxsin fərdi tələbatları, məhdudiyyətləri və üzləşdiyi maneələr nəzərə alınır.
- Eşitmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxsin iş yeri təşkil edilərkən, istifadə olunan və nəzərə alınan əsas elementlər onların antropometrik, anatomik və morfoloji məhdudiyyətlərini kompensasiya edən xüsusi avadanlıq və qurğulardan ibarət olur.
Eyni zamanda həm eşitmə, həm də görmə funksiyaları pozulmuş əlilliyi olan şəxslər üçün iş yerinə dair tələblər aşağıdakılardır:
- iş yerinə maneəsiz gəlmə və əmək funksiyalarının yerinə yetirilməsi üçün eşitmə və görmə nəzarəti olmadan işlərin yerinə yetirilməsinə imkan verən funksional məqsədli elektron tiflotexniki vasitələrlə təchiz edilmə;
- kompüterdə işləməyi nəzərdə tutan xüsusi iş yerinin görmə və eşitmə nəzarəti olmadan işlərin yerinə yetirilməsinə imkan verən tiflotexniki cihazlarla, brayl-displeyə birləşdirilən teletayp əlaqə qurğusu ilə, əlavə periferik qurğular və funksional məqsədli electron tiflotexniki vasitələr istifadə edilən tifloorqanayzerlə təchiz edilmə;
- zəruri hallarda iş yerində tiflosurdo tərcümə xidmətindən istifadə imkanının yaradılması.
- Eşitmə və görmə funksiyası pozulmuş əlilliyi olan şəxslərin əməyindən istifadə olunan ixtisaslaşdırılmış müəssisələrdə onlarla işləmək bacarığına malik mütəxəssisin olması zəruridir.
Zəif eşitmə əlilliyi olan şəxslərin iş yerinə dair tələblər
- Əmək funksiyalarının yerinə yetirilməsi şərtləri nəzərə alınmaqla, zəif eşitmə əlilliyi olan şəxslər üçün iş yerləri səsgücləndirici avadanlıqlar və yüksək səsli telefonlarla təchiz edilməlidir.
Bölməyə aid digər xəbərlər

Bu gün, 07:30
Türkiyə Qətərlə əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir
Dünən, 07:58
Ərdoğan Qətərə səfər edib
21-10-2025, 23:39
İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatıb - Foto
21-10-2025, 17:24
İlham Əliyev Tokayevi Azərbaycana dəvət edib
21-10-2025, 16:53
Əliyev və Tokayev "Alem.ai" Beynəlxalq Süni İntellekt Mərkəzində olublar
21-10-2025, 14:55
Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olunub - (Yenilənib) - Fotolar
21-10-2025, 14:12
İlham Əliyev: "Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb"
21-10-2025, 13:25
Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib - Fotolar
21-10-2025, 11:05
Hacıyev: Azərbaycan ilə Mərkəzi Asiya ölkələri vahid "6-lıq" modelini formalaşdırır
20-10-2025, 11:26
Qarabağ zonasında daha 1587.8 hektar ərazi minalardan təmizlənib
20-10-2025, 08:25
Tufan Erhürman Şimali Kipr Türk Respublikasının yeni prezidentidir
19-10-2025, 08:12
Azərbaycan diplomatiyasının Qızıl Dövrünə düşən 15 gün
18-10-2025, 11:54
İlham Əliyev “Kazinform”a müsahibə verib
18-10-2025, 11:14
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb
18-10-2025, 00:03
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
17-10-2025, 18:38
Prezident yeni səfirlik təsis edib - Sərəncam
17-10-2025, 16:00
Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək
17-10-2025, 14:29
Prezident konfrans iştirakçılarına müraciət edib
17-10-2025, 12:48
Milli Məclisin plenar iclasının vaxtı elan olunub
17-10-2025, 12:30
Gizir və miçmanların həqiqi hərbi xidmət müddəti artırılır
17-10-2025, 11:05
Parlament prezident və birinci xanıma təbrik məktubu ünvanlayıb
17-10-2025, 09:27
Füzuli Şəhəri Günü münasibətilə atəşfəşanlıq olacaq
17-10-2025, 07:53
Prezident İlham Əliyev Füzuli ilə bağlı paylaşım edib - Video
17-10-2025, 00:02
Füzulinin işğaldan azad olunmasından beş il ötür
16-10-2025, 13:23
Daha bir səfirin etimadnaməsi təqdim olunub - Fotolar
16-10-2025, 12:29
Prezident yeni səfirin etimadnaməsini qəbul edib - Foto
16-10-2025, 12:23
İlham Əliyev BMT nümayəndəsini qəbul edib - Fotolar
15-10-2025, 18:09
Ramiz Mehdiyevin əmlakları müsadirə oluna bilər
15-10-2025, 15:48
İnsan hüquqlarının pozulmasına dair şikayətvermə qaydası dəyişib
15-10-2025, 13:28
Azərbaycanla Braziliya təhsil sahəsində əməkdaşlıq edəcək
15-10-2025, 13:21
Prezident yeni idarə yaradıb - Fərman
15-10-2025, 12:43
Qarabağın 19 yaşayış məntəqəsinə köç olacaq
15-10-2025, 11:48
İlham Əliyev forum iştirakçılarına müraciət ünvanlayıb
15-10-2025, 11:26
Xankəndidə III Milli Şəhərsalma Forumu başlayıb
15-10-2025, 00:03
İlham Əliyevin ilk dəfə Azərbaycan prezidenti seçilməsindən 22 il ötür
14-10-2025, 19:03
İlham Əliyev Sülh Sammiti ilə bağlı növbəti paylaşım edib
14-10-2025, 16:15
Şuşakəndə daha 27 ailə köçürülüb - (Yenilənib) - Fotolar
14-10-2025, 16:14
İlham Əliyev İslam İnkişaf Bankı ilə bağlı qanunu imzalayıb
14-10-2025, 10:20
İlham Əliyev "Rebuild Karabakh-2025" sərgisinin iştirakçılarına müraciət ünvanlayıb
14-10-2025, 10:01
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
14-10-2025, 09:21
Bakıda məhkəmə sisteminə həsr olunmuş beynəlxalq konfrans keçirilir