Ermənistanın diversiya qrupları təmas xəttini keçmək istədi - Qarşısı alındı
Tarix: 02-10-2019 10:58 | Bölmə: Gündəm
Ermənistanın diversiya qrupları təmas xəttini keçmək istədi - Qarşısı alındı

Ötən gün Qazax rayonu istiqamətində Ermə­nistanla dövlət sərhədindəki təmas xəttində Ermə­nistan Silahlı Qüv­vələrinin döyüş mövqelə­rindən ərazimizə doğru təx­ribat-diversiya qrup­larının hərəkəti döyüş mövqelərimizdə xid­mət aparan sərhəd naryadları tərəfindən aşkarlanıb və qar­şısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Reyting.az-a verilən məlumata görə, həmin tarixdə sər­həd döyüş məntə­qələrimiz Ermənis­tan Res­pub­likasının Silahlı Qüvvə­lərinin bölmələri tərə­findən müxtəlif istiqa­mət­lərdən iri çaplı silah­lardan dəfələrlə intensiv atəşə tutulub.

Bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan Si­lahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}