İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın görüşü başlayıb - Video
Tarix: 11-01-2021 15:00 | Bölmə: Gündəm
İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın görüşü başlayıb - Video

Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.

Reyting.az
xəbər verir ki, Kremldə reallaşan təşəbbüskarı Vladimir Putindir.

Tərəflər üç ölkə liderinin Dağlıq Qarabağ üzrə 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatının reallaşdırılmasının gedişatını nəzərdən keçirirlər. Eyni zamanda regionun problemlərinin həlli üzrə sonrakı addımlar müzakirə olunur.

Hərbi əməliyyatlar zamanı zərərçəkmiş bölgələrin sakinlərinə yardımların göstərilməsi, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin yaradılması və inkişafı da üçtərəfli danışıqların əsas mövzularındandır.

Eyni zamanda V. Putin İ. Əliyev və N. Paşinyanla ayrı-ayrılıqda görüşəcək.

My Webpage




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}