Azərbaycanda daha 176 nəfər koronavirusa yoluxub, 17 nəfər vəfat edib - Foto
Tarix: 11-01-2021 18:23 | Bölmə: Gündəm
Azərbaycanda daha 176 nəfər koronavirusa yoluxub, 17 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 176 yeni yoluxma faktı qeydə alınıb, 841 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib: "Bununla da indiyədək ümumilikdə 224 827 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 209 522 nəfər müalicə olunaraq sağalıb, 2 926 nəfər vəfat edib, aktiv xəstə sayı 12 379 nəfərdir.

Ölkədə son sutka ərzində 4 086, hazırkı dövrədək isə 2 272 009 test aparılıb".





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}