16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Xüsusi təhsilə cəlb olunanlar üçün verilən müavinət artırılıb - Qərar
Tarix: 29-01-2021 11:47 | Bölmə: Gündəm
Xüsusi təhsilə cəlb olunanlar üçün verilən müavinət artırılıb

Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcmi artırılıb.

Baş nazir Əli Əsədov “Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin qərarına dəyişiklik edib.

Dəyişikliyə əsasən, xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 50 manat həcmində müavinət müəyyən olunub.

Evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 50 manat həcmində müavinət müəyyən olunub.

Əvvəl hər iki məbləğ 22 manat olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}