10:58 / 11-09-2025
İsrailə raket hücumu olub
Zelenski: Polşaya hücum 2014-cü il Krım hadisələrinə bənzəyir
Tarix: 11-09-2025 16:23 | Bölmə: Dünya
Zelenski: Polşaya hücum 2014-cü il Krım hadisələrinə bənzəyir

Rusiyanın dronlarla Polşaya hücumu 2014-cü ildə Krımda baş verən hadisələrə bənzəyir. Ən pisi də budur.

Reyting.az
Ukrayna KİV-lərinə istinadla xəbəbər verir ki, bunu prezident Vladimir Zelenski Finlandiya prezidenti Aleksandr Stubb ilə birgə mətbuat konfransında deyib.

"Məncə, ən pisi odur ki, bu hücum Krım hadisələrinə bənzəyir. Psixoloji cəhətdən. Bu, nə ilə fərqlidir? Sadəcə, indi texnoloji müharibə gedir. İndi bizə sadəcə yaşıl forma geyinmiş insanlar, necə deyərlər, "balaca yaşıl adamlar" lazım deyil ki, onlar ərazinizə daxil olsunlar. Bu gün başqa müharibədir. Bu gün Polşada eyni rolu rus dronları oynayıb", - o vurğulayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər