Rəsmi Bakı: "Jurnalistlər ermənilərin Kəlbəcərdən çıxarkən yerləşdirdiyi minanın qurbanı olublar”
Tarix: 04-06-2021 19:23 | Bölmə: Gündəm
Rəsmi Bakı: "Jurnalistlər ermənilərin Kəlbəcərdən çıxarkən yerləşdirdiyi minanın qurbanı olublar”

“AzTV və AZƏRTAC-ın jurnalistləri Ermənistan qoşunlarının Kəlbəcərdən çıxarkən qəsdən yerləşdirdiyi minanın qurbanı olublar”.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

O, beynəlxalq təşkilatları həmrəyliyə və bu hadisəni pisləməyə çağırıb.

Prezidentin köməkçisi sonda Sirac Abışov və Məhərrəm İbrahimova Allahdan rəhmət diləyib.

Xatırladaq ki, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər