10:58 / 11-09-2025
İsrailə raket hücumu olub
İki NATO ölkəsi Rusiya və Belarusla sərhəddə səmanı bağlayıb
Tarix: 11-09-2025 17:24 | Bölmə: Dünya
İki NATO ölkəsi Rusiya və Belarusla sərhəddə səmanı bağlayıb

Polşa ölkənin şərq hissəsində - Belarus və Ukrayna ilə sərhədlərdə üç ay müddətinə uçuşları məhdudlaşdırıb.

Reyting.az
xəbər verir ki, bu barədə RMF 24 Polşa Hava Naviqasiya Xidmətləri Agentliyinə istinadla məlumat yayıb.

Məhdudiyyətlər “milli təhlükəsizlik məqsədi ilə” sentyabrın 10-u saat 22:00-dan dekabrın 9-u saat 23:59-a kimi tətbiq edilib.

Agentlik bildirib ki, ölkənin qeyd olunan hissəsində hərbi təyyarələr istisna olmaqla, gün batandan gün çıxana kimi uçuşlara tam qadağa qoyulub. Bundan əlavə, mülki pilotsuz uçuş aparatlarının gecə-gündüz uçuşları da qadağandır.

Məlumata görə, Hava Hərəkəti Mərkəzinin əməliyyat xidməti ilə razılaşdırıldıqdan sonra dövlət aviasiyasının və təcili tibbi yardım aviasiyasının uçuşlarına, habelə insanların və ya heyvanların həyatı və ya sağlamlığı üçün təhlükə yarandıqda, “xüsusən də təbii fəlakətlər, ekoloji təhlükələr və ya fövqəladə hallar zamanı” yardım göstərmək məqsədilə həyata keçirilən uçuşlara icazə verilə bilər. Bundan əlavə, mühüm infrastrukturun mühafizəsi və nəzarəti ilə bağlı uçuşlara da icazə mümkündür.

Polşanın ardınca Latviya da sentyabrın 11-i saat 18:00-dan etibarən Rusiya və Belarusla sərhəd səmasını ən azı bir həftə müddətinə bağlayacaq. Bunu ölkənin müdafiə naziri Andris Spruds bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər