İlham Əliyev Vladimir Putinə başsağlığı verib
Tarix: 26-09-2022 23:49 | Bölmə: Gündəm
İlham Əliyev Vladimir Putinə başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.

Reyting.az
-ın xəbərinə görə, başsağlığında deyilir:

“Hörmətli Vladimir Vladimiroviç,

İjevsk şəhərindəki 88 saylı məktəbdə atışma nəticəsində uşaqların və yaşlıların həlak olması xəbəri məni dərindən sarsıtdı.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin hamısına tezliklə sağalmalarını arzu edirəm”.

Qeyd edək ki, İjevsk şəhərində məktəbə hücum nəticəsində 17 nəfər həlak olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}