Ronaldu ilk avtomobilini satır
Tarix: 17-12-2018 00:36 | Bölmə: İdman
Ronaldu ilk avtomobilini satır

Turinin “Yuventus” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu ilk avtomobilini satmaq qərarına gəlib.

Reyting.az-ın verdiyi xəbərə görə, portuqaliyalı bazar dəyəri 6 indən 10 min avroya qədər olsa da, ilk avtomobili Audi S3 Coupe-ni 20 min avroya satışa çıxarıb.

Ronaldu bu avtomobili 2003-cü ildə, “Mançester Yunayted”də oynayanda alıb.

Xatırladaq ki, 33 yaşlı Ronaldu 2003-cü ildən 2009-cu ildək “Mançester Yunayted”də oynayıb, sonra 94 milyon avroya “Real”a keçib. O, ötən yay 117 milyon avroya “Yuventus”a transfer olunub.

Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}