Azərbaycan-Slovakiya matçının hakimləri bəlli olub
Tarix: 11-10-2024 12:31 | Bölmə: İdman
Azərbaycan-Slovakiya matçının hakimləri bəlli olub

Azərbaycan və Slovakiya yığmaları arasında keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunun matçına norveçli hakimlər təyinat alıblar.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Qarşılaşmanı FIFA referisi Rosit Saqqi idarə edəcək.

Ona Morten Yensen və Anders Olav Dale kömək göstərəcək. Siqurd Krinqstad dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.




Bölməyə aid digər xəbərlər
11-10-2024, 13:33 Mesut Özil Bakıya gəlib
10-10-2024, 18:01 Millimiz məğlub olub

{sape_links}{sape_article}