Avropa Liqası: "Qarabağ" uduzdu
Tarix: 23-08-2019 00:38 | Bölmə: İdman / Xəbərlər
Avropa Liqası: "Qarabağ"  uduzdu

Bu gün UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün play-off mərhələsi çərçivəsində "Qarabağ" İrlandiyada "Linfild”in qonağı olub.

Reyting.az
xəbər verir ki, oyunun 14-cü dəqiqəsində "Qarabağ"lı Faysal Rerras qola imza atıb - 0:1.

40-cı dəqiqədə ev sahiblərindən Stafford bərabərlik qolunu vurub - 1:1.

45+1-də "Linfild" daha bir qola imza atıb - 2:1.

75-ci dəqiqədə Laveri 3-cü topu qapımızdan keçirib - 3:1

90+2-də "Qarabağ" hesab arasındakı fərqi penaltidən azaldıb - 3:2.

Beləliklə, oyunun taleyi bir həftə sonra Bakıdakı cavab oyunda həll olunacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}