16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
İdmançılarımız Kamerunda medal qazanıb - Foto
Tarix: 10-11-2019 10:52 | Bölmə: İdman / Xəbərlər
İdmançılarımız Kamerunda medal qazanıb

Kamerunda cüdo üzrə Afrika Açıq Kuboku yarışı keçirilib.

Azərbaycan Cüdo Federasiyasının məlumatına görə, gələn il Tokioda olacaq Yay Olimpiya Oyunlarına lisenziya xalları verən beynəlxalq turnirdə ölkəmizi 5 qadın cüdoçu təmsil edib. Bütün idmançılarımız Kamerunda medal qazanmağa müvəffəq olublar.

İdmançılarımız Kamerunda medal qazanıb

Leyla Əliyeva (48 kq) və Larisa Florian (57 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. 52 kq çəki dərəcəsində yarışan Gültac Məmmədəliyeva yalnız finalda uduzaraq 2-ci yeri tutub. Aişə Qurbanlı (48 kq) və İçinxorloo Munxçedev (57 kq) isə bürünc medala layiq görülüb.

Qeyd edək ki, Afrika Açıq Kuboku uğrunda turnirdə 24 ölkədən 116 cüdoçu mübarizə aparıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}