Aquero İngiltərə çempionatında rekordçu oldu
Tarix: 12-01-2020 23:12 | Bölmə: İdman / Xəbərlər
Aquero İngiltərə çempionatında rekordçu oldu

“Mançester Siti” İngiltərə çempionatının 22-ci turunda səfərdə “Aston Villa”nı darmadağın edib.

Reyting.az
-ın xəbərinə görə, 6:1 hesabı ilə başa çatan oyunda argentinalı hücumçu Serxio Aquero bu oyunda 3 qol vurub və 12-ci dəfə het-trik etməklə İngiltərə Premyer liqasında rekorda imza atıb.

31 yaşlı Aqueronun hesabında İngiltərə çempionatındakı 255 oyunda 177 qol var. Serxio Birminqemdəki oyundan sonra İngiltərə Premyer liqa tarixində ən məhsuldar əcnəbi də olub. Bundan əvvəlki həmin status fransalı Tyerri Anriyə məxsus idi. O, “Arsenal”ın heyətində 175 qol vurmuşdu. Anri London klubunda 1999-cu ildən 2007-ci ilədək, eləcə də 2012-ci ilin qışında iki ay oynayıb.

Aquero İngiltərə Premyer liqasının ən yaxşı məhsuldar oyunçuları arasında beşincidir. O, ingiltərəli Frenk Lempard (177), Endi Koul (187), Ueyn Runi (208) və Alan Şirerdən (260) geridə qalır.

Argentinalı “Mançester Siti”yə 2011-ci ilin iyul ayında Madridin “Atletiko” klubundan keçib. Bu mövsümdə 16 oyunda 13 qol vurub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}