Ronaldinyo: "Anam koronavirusa görə Braziliyada çətin vəziyyətdədir"
Tarix: 27-04-2020 15:10 | Bölmə: İdman
Ronaldinyo: "Anam koronavirusa görə Braziliyada çətin vəziyyətdədir"

"Paraqvaya girərkən, sənədlərin saxta olduğunu görəndə çox təəccübləndik".

ABC TV xəbər verir ki, bunu ev dustaqlığında olan Braziliya millisinin və İspaniya "Barselona"sının sabiq futboluçusu Ronaldinyo deyib.

O, qardaşı ilə birlikdə məhkəmə və dövlət qurumları ilə işbirliyi əsasında vəziyyəti sabitləşdirmək istədiklərini bildirib: "Hadisələrin buraya qədər gələcəyini fikirləşmirdim. Bu işlərin bitməsi üçün hər zaman dua edirəm. Bilirəm ki, tanrı da belə istəyir".

Ronaldinyo deyib ki, həyatında hər zaman peşəkar olmaq və insanları xoşbəxt etmək istəyib: "Buradan çıxanda ilk edəcəyim şey anamı qucaqlamaq olacaq. Anam Braziliyada koronavirus səbəbindən çox çətin durumdadır".

Qeyd edək ki, 40 yaşlı sabiq yarımmüdafiəçi qardaşı Roberto de Assis Moreyra ilə birgə saxta pasportla Paraqvaya girmək istəyərkən saxlanılıb/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər