Azərbaycan-Kipr oyununa hakimlər təyin olunub - Siyahı
Tarix: 10-10-2020 13:21 | Bölmə: İdman
Azərbaycan-Kipr oyununa hakimlər təyin olunub

UEFA Millətlər Liqasının 4-cü turunda keçiriləcək Azərbaycan-Kipr oyunu üçün hakim təyinatları olub.

UEFA-nın məlumatına görə, qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimliyi Fran Yoviçə tapşırılıb. Ona yan xətt hakimləri qismində İvitsa Modriç və Hrvoye Radiç kömək edəcək.

Dördüncü hakim funksiyasını İvan Vuçkoviç yerinə yetirəcək. Hakim-inspektor Çexiyadan Karel Vidlak, UEFA nümayəndəsi isə Sloveniyadan Devid Makdauell Zor olacaq.

Onu da xatırladaq ki, oktyabrın 13-də Albaniyadakı "Elbasan Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə 20:00-da başlanacaq.

Qeyd edək ki, Azərbaycan yığması bu gün Monteneqronun, Kipr isə Lüksemburqun qonağı olacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}