11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
"Olimpiakos"un baş məşqçisi: "Neftçi" ilə qarşılaşmaya hazırıq"
Tarix: 20-07-2021 18:05 | Bölmə: İdman
"Olimpiakos"un baş məşqçisi: "Neftçi" ilə qarşılaşmaya hazırıq"

"Çox yaxşı vəziyyətdə olduğumuzu hiss edir və özümüzü sabahkı qarşılaşmaya hazır sayırıq. Xüsusən, fiziki cəhətdən hazırlıqlı vəziyyətə gəlmişik".

Bunu Yunanıstan "Olimpiakos" komandasının baş məşqçisi Pedro Martins evdə "Neftçi" ilə keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis bildirib ki, azarkeşlərin tribunalara bir ildən sonra qayıdışına sevinirlər: "İnanırıq ki, onların bizə köməkləri dəyəcək. Biz də uğurlu nəticə üçün əlimizdən gələni edəcəyik".

41 yaşlı baş məşqçi "Neftçi"yə diqqətlə yanaşdıqlarını söyləyib: "Rəqibin futbolçuları güclüdürlər və onlara hörmətimiz var. Universal futbolçulara malikdirlər. Amma biz daha çox öz oyunumuza diqqət yetiririk"/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}