17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
"Sabah" "Krasnodar"ın sabiq baş məşqçisi ilə danışıqlara başlayıb
Tarix: 25-10-2021 11:29 | Bölmə: İdman
"Sabah" "Krasnodar"ın sabiq baş məşqçisi ilə danışıqlara başlayıb

"Sabah" klubu Rusiya "Krasnodar"ının sabiq baş məşqçisi Murad Musayevlə danışıqlara başlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Report-a paytaxt təmsilçisinin idman direktoru İqor Ponomaryov məlumat verib.

61 yaşlı mütəxəssis bu post üçün bir neçə namizədlə görüşdüklərini bildirib: "Ramin Quliyevin gedişindən sonra baş məşqçi postu boşalıb. Rusiyalı Murad Musayev sadəcə, namizədlərdən biridir. Biz namizədlərlə görüşürük. Bu da normal prosesdir".

Qeyd edək ki, "Sabah" oktyabrın 21-də Ramin Quliyevlə yollarını ayırıb. Murad Musayev 2018 - 2021-ci illərdə "Krasnodar"da işləyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}