Konfrans Liqası: “Qarabağ”ın rəqibi məğlub olub
Tarix: 26-10-2021 09:04 | Bölmə: İdman
Konfrans Liqası: “Qarabağ”ın rəqibi məğlub olub

Kipr çempionatında 7-ci turun oyunları keçirilib.

Reyting.az
xəbər verir ki, Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Omoniya” səfərdə “Paeek” ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

“Omoniya” 7 turdan sonra 7 xalla 12 kollektiv arasında 9-cu pillədə qərarlaşıb. Komandanın ehtiyatda bir oyunu var.

Qeyd edək ki, “Qarabağ” “Omoniya” ilə səfərdə keçirdiyi ilk oyunda 4:1 hesablı qələbə qazanıb. Bu komandaların ikinci qarşılaşması isə noyabrın 25-də Bakıda olacaq.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}