Milli Paralimpiya Komitəsində onlara vəzifə verilib - Siyahı
Tarix: 26-10-2021 16:00 | Bölmə: İdman
Milli Paralimpiya Komitəsində onlara vəzifə verilib

Milli Paralimpiya Komitəsinin (MPK) İcraiyyə Komitəsinin iclası keçirilib.

MPK-dan Reyting.az-a verilən məlumata görə, toplantıda Afiq Süleymanov qurumun fəxri vitse-prezidenti seçilib.

Eyni zamanda məşqçilər şurası və nizam-intizam komissiyasının heyətləri təsdiq edilib, Qarabağ qaziləri ilə iş və İdman seleksiyası üzrə komissiya yaradılıb.

Məşqçilər Şurasının sədri vəzifəsinə MPK-nın baş katibi Kamal Məmmədov, Nizam-intizam komissiyasının rəhbəri isə komitənin vitse-prezidenti İlham Zəkiyev təyin edilib.

Qarabağ qaziləri ilə iş və idman seleksiyası komissiyasının tərkibinin formalaşdırılması Süleymanova tapşırılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}