Rusiyalı baş məşqçiyə Qazaxıstanda 2 illik cəza verilib
Tarix: 27-10-2021 15:40 | Bölmə: İdman
Rusiyalı baş məşqçiyə Qazaxıstanda 2 illik cəza verilib

Qazaxıstan Futbol Federasiyası "Astana" klubunun baş məşqçisi Andrey Tixonovu cəzalandırıb.

Buna rusiyalı mütəxəssisin "Kayrat"a 0:1 hesabı ilə uduzduqları çempionat oyununda rəqib komandaya hörmətsizlik etməsi səbəb olub.

51 yaşlı baş məşqçi ilk hissənin sonlarında futbolçularını meydandan çıxarıb. Nəticədə görüşdə məcburi fasilə yaranıb.

Federasiya bu hərəkətinə görə Tixonovu öz bayrağı altında keçirdiyi yarışlardan 2 il müddətinə diskvalifikasiya edib. Cəza müddəti oktyabrın 25-dən hesablanır.

Qeyd edək ki, "Kayrat" "Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən biridir. Ağdam klubu III turda Bakıda Almatı təmsilçisinə 2:1 hesabı ilə qalib gəlib. Komandalar arasında növbəti görüş noyabrın 4-də Qazaxıstanda keçiriləcək/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}