Sabiq baş məşqçi "Sabah"la razılaşıb
Tarix: 27-10-2021 22:44 | Bölmə: İdman
Sabiq baş məşqçi "Sabah"la razılaşıb

"Krasnodar"ın sabiq baş məşqçisi Murad Musayev "Sabah"ı çalışdırmağa razılıq verib.

Bu barədə tərəflər arasındakı danışıqlara bələd olan şəxs championat.com-a bildirib. "Sabah"ın 38 yaşlı mütəxəssislə müqavilə imzalayacağı qeyd olunub.

Daha əvvəl 38 yaşlı mütəxəssisin cümə günü “Sabah”ın bazasında olduğu və klub nümayəndələri ilə görüşdüyü bildirilmişdi.

Qeyd edək ki, Musayev 2018-21-ci illərdə “Krasnodar”a baş məşqçilik edib.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}