"Qalatasaray" "Qarabağ"ın rəqibinin hücumçusunu alır
Tarix: 28-10-2021 10:47 | Bölmə: İdman
"Qalatasaray" "Qarabağ"ın rəqibinin hücumçusunu alır

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

"Fotomac" Xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim İsveçrə "Bazel"ində çıxış edən Artur Kabralı komandasında görmək istəyir.

"Sarı-qırmızılar" artıq 23 yaşlı braziliyalı hücumçunun transferi üçün işlərə start verib.

Qeyd edək ki, "Bazel" UEFA Konfrans Liqasında "Qarabağ"la birlikdə H qrupunda mübarizə aparır. Artur Kabral cari mövsüm 20 qarşılaşmada meydanda olub, 22 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}