Nazir: "Kadr islahatları da aparılacaq"
Tarix: 28-10-2021 12:17 | Bölmə: İdman
Nazir: "Kadr islahatları da aparılacaq"

“Mənim federasiyalara səfərim piar üçün deyil, görüşlərim araşdırma xarakteri daşıyır".

Bu barədə Gənclər və idman naziri Fərid Qayıbov bildirib.

Onun sözlərinə görə, çətinliklərimiz olsa da, problemləri araşdırmaq lazımdır: “Bundan sonra planlama aparmalıdır. Prezident tərəfindən tapşırıqlar verilib, üzərində işləyirik. Federasiyaların işi araşdırılır və nəticələr barədə məlumat veriləcək. Lakin hər şey qəflətən olmur”.

Nazir qeyd edib ki, olimpiya komplekslərinin fəaliyyəti ilə bağlı tədbirlər görüləcək: “Olimpiya komplekslərin necə idarə olunması barədə müzakirələr aparırıq”.

Nazir əlavə edib ki, kadr islahatlarının da aparılması nəzərdə tutulub/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}