Mahir Emrelinin komandası Polşa Kubokunda mərhələ adlayıb
Tarix: 28-10-2021 18:05 | Bölmə: İdman
Mahir Emrelinin komandası Polşa Kubokunda mərhələ adlayıb

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubu ölkə kubokunda növbəti oyununu keçirib.

Məlumata görə, Varşava təmsilçisi 1/16 finalda "Svit Skolvin"lə üz-üzə gəlib.

Rəqibinə 1:0 hesabı ilə qalib gələn "Legiya" növbəti mərhələyə yüksəlib. Emreli görüşə start heyətdə başlayıb və 90+1-ci dəqiqədə əvəzlənib.

35-ci dəqiqədə 24 yaşlı hücumçunun başla zərbəsindən sonra qapıçı topu qaytarıb, onun komanda yoldaşı Lindsey Roz isə təkrar zərbə ilə komandasının qələbə qolunu vurub. Emreli 50-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}