Çempionlar Liqası: "Araz-Naxçıvan" "Yunayted Qalati" klubuna qalib gəlib
Tarix: 29-10-2021 17:00 | Bölmə: İdman
Çempionlar Liqası: "Araz-Naxçıvan" "Yunayted Qalati" klubuna qalib gəlib

"Araz-Naxçıvan" klubu futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci oyununu keçirib.

Reyting.az
xəbər verir ki, B yolunda yer alan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 6-cı qrupdakı növbəti sınağında Rumıniyanın "Yunayted Qalati" komandası ilə üz-üzə gəlib.

İvano-Frankovsk şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında oynanılan qarşılaşma Azərbaycan təmsilçisinin 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.

"Araz-Naxçıvan"ın qollarını David Qustavo (2), Maneka, Murilo Borges və Felipinyo, "Yunayted Qalati"nin hər üç qolunu isə Daniel Araujo vurub. 35-ci dəqiqədə rəqibin heyətində Octavian Cires qırmızı vərəqə alıb.

İlk görüşdə Ukrayna "Uraqan"ına 1:2 hesabı ilə uduzan Azərbaycan təmsilçisi üçüncü maçtını oktyabrın 31-də Kosovonun "Ligeni" komandasına qarşı keçirəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}