“Zirə”-“Keşlə”, “Qarabağ”-“Neftçi” qarşılaşması başlayır
Tarix: 30-10-2021 10:13 | Bölmə: İdman
“Zirə”-“Keşlə”, “Qarabağ”-“Neftçi” qarşılaşması başlayır

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu tura start veriləcək. Reyting.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olacaq.

Turun açılışında “Zirə” “Keşlə”ni qəbul edəcək.

Günün digər qarşılaşması lider “Qarabağ”la son çempion “Neftçi” arasında olacaq. Əzəli rəqiblər arasında baş tutacaq Azərbaycan derbisini Əliyar Ağayev idarə edəcək.

Azərbaycan Premyer Liqası
9-cu tur
30 oktyabr


“Zirə” – “Keşlə”

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Kamal Umudlu.
Zirə İdman Kompleksinin stadionu, 16:00.

“Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Vüqar Həsənli.
Bakı. “Azərsun Arena”, 18:30.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}