Çempionlar Liqası: "Araz Naxçıvan"- "Ligeni" oyunda 12 qol vurulub
Tarix: 31-10-2021 17:50 | Bölmə: İdman
Çempionlar Liqası: "Araz Naxçıvan"- "Ligeni" oyunda 12 qol vurulub

"Araz-Naxçıvan" klubu futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununu keçirib.

Reyting.az
xəbər verir ki, B yolunda yer alan və qrupdan çıxmaq şanslarını itirən Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv üçüncü qarşılaşmasında Kosovonun "Ligeni" komandası ilə üz-üzə gəlib. İvano-Frankovsk şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında oynanılan matç məhsuldar heç-heçə ilə başa çatıb - 6:6.

Naxçıvan təmsilçisinin heyətində qolları İsa Atayev (2), Felipinyo, Maneka, Ramiz Çovdarov, və David Qustavo vurublar. Kosovo klubundan isə Şkipeon Brahimi (2), Anton Uka, Arber Şkodra, Xorxe Stiven Abril Qarsiya və yulian Diaz fərqlənib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}