"Sabah" səfərdə "Qəbələ"ni məğlub edib
Tarix: 31-10-2021 17:57 | Bölmə: İdman
"Sabah" səfərdə "Qəbələ"ni məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

Məlumata görə, "Qəbələ" evdə "Sabah"la qarşılaşıb. Qəbələ şəhər stadionunda oynanılan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı paytaxt təmsilçisi açıb. 20-ci dəqiqədə Coy-Lens Mikels fərqlənib. 40-cı dəqiqədə Fofana Tiemoko fərqi 2 topa çatdırıb. 63-cü dəqiqədə Aleksey İsayev baxımlı qolla əyalət təmsilçisini 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. Qarşılaşmada son nöqtəni isə 69-cu dəqiqədə penaltidən İsnik Alimi qoyub.

Bu mövsüm ölkə çempionatında ardıcıl 2-ci qələbəsini qazanan "Sabah" 7 xalla sonuncu pillədə qalıb. 15 xalı olan "Qəbələ" isə 3-cü sıradakı mövqeyini qoruyub.

Qeyd edək ki, ilk oyun günündə "Zirə" evdə "Keşlə"ni 2:0, "Qarabağ" isə "Neftçi"ni 4:0 hesabı ilə məğlub edib. Tura bu gün keçiriləcək "Sumqayıt" - "Səbail" görüşü ilə yekun vurulacaq/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}