Dünya çempionatı: Azərbaycanın üç boksçusu 1/4 finala yüksəlib, biri mübarizəni dayandırıb
Tarix: 31-10-2021 23:09 | Bölmə: İdman
Dünya çempionatı: Azərbaycanın üç boksçusu 1/4 finala yüksəlib, biri mübarizəni dayandırıb

Azərbaycan boksçusu Sərxan Əliyev Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 1/8 final görüşünü keçirib.

Məlumata görə, 71 kq çəki dərəcəsində mübarizə aparan gənc idmançının rəqibi yaponiyalı Yuta Akiyama olub.

Rəqibinə 5:0 hesabı ilə qalib gələn Sərxan Əliyev qardaşı Tayfur Əliyevdən fərqli olaraq, adını 1/4 finala yazdırıb. Onun növbəti mərhələdəki rəqibi ABŞ təmsilçisi Obed Barti olacaq.

Beləliklə, bu gün rinqə çıxan Azərbaycanın 4 boksçusundan 3-ü 1/8 final səddini adlamağı bacarıb. Noyabrın 1-də daha 2 boksçu 1/4 finala vəsiqə uğrunda döyüşə çıxacaq. Məsud Yusifzadə (51 kq) puerto-rikolu Yankiel Rivera ilə, Mirşərif Kazımzadə (75 kq) özbəkistanlı Səidcəmşid Cəfərovla qarşılaşacaq/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}