18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
FİFA AFFA-nı və Futbol İttifaqını cərimələyib
Tarix: 01-11-2021 23:22 | Bölmə: İdman
FİFA AFFA-nı və Futbol İttifaqını cərimələyib

FİFA-nın İntizam Komitəsi AFFA-nı cərimələyib. Buna Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçirdiyi oyun zamanı təhlükəsizlik qaydalarının pozulması səbəb olub.

Meydana daxil olan azarkeşlər milli assosiasiyanı 5000 İsveçrə frankı (təqribən 9270 AZN) məbləğində ziyana salıb.

Xatırladaq ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçirilən və qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatmış qarşılaşmanın sonlarına yaxın 4 nəfər azarkeş meydana girərək, Portuqaliya yığmasının yarımmüdafiəçisi Bruno Fernandeslə şəkil çəkdiriblər.

FİFA-nın İntizam Komitəsi Serbiya Futbol İttifaqını da 35 000 İsveçrə frankı (64 880 AZN) məbləğində cərimələyib. Buna Serbiya millisinin evdə Lüksemburq və Azərbaycan yığmalarına qarşı keçirdiyi seçmə mərhələ oyunlarında yerli azarkeşlərin təhqiramiz şüarlar səsləndirməsi səbəb olub. Serblər sentyabrın 4-də baş tutan matçda Lüksemburqu 4:1, oktyabrın 12-dəki qarşılaşmada isə Azərbaycanı 3:1 hesabı ilə məğlub ediblər.(Matc.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər