18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Dünya çempionatı: güləşçimiz bürünc medal qazanmaq istəyir
Tarix: 02-11-2021 08:13 | Bölmə: İdman
Dünya çempionatı: güləşçimiz bürünc medal qazanmaq istəyir

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatında təsəlliverici görüşlərə qatılacaq.

Reyting.az
xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançının 1/8 finalda uduzduğu iranlı Poya Dad Marz finala yüksəldiyindən o, bürünc medal qazanmaq şansını saxlayıb. Quluzadənin rəqibi özbəkistanlı İxtiyar Botirov olacaq.

Dünya çempionatında bu gün Azərbaycanın 5 yunan-Roma güləşçisi mübarizəyə başlayıb. Onlardan 4-ü - Həsən Məmmədli (63 kq), Qurban Qurbanov (77 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Sərxan Məmmədov (130 kq) yarışla vidalaşıb.

55 kq
1/8 final: Nihad Quluzadə - Poya Dad Marz (İran) 1:1*
Təsəlliverici görüş: Nihad Quluzadə - İxtiyar Botirov (Özbəkistan).(Matc.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər