Dünya çempionatı: güləşçimiz qələbə qazanıb
Tarix: 02-11-2021 18:52 | Bölmə: İdman
Dünya çempionatı: güləşçimiz qələbə qazanıb

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.

Reyting.az
xəbər verir ki, Azərbaycanın daha 2 yunan-Roma güləşçisi bu gün mübarizəyə başlayıb. 67 kq-da çıxış edən Həsrət Cəfərov debütdə meksikalı Dieqo Martinesi məğlub edib. 1/8 finalda rumıniyalı Vasile Dosoftei, növbəti mərhələdə isə qazaxıstanlı Sultan Assetuliyə qalib gələn idmançı yarımfinala yüksəlib.

72 kq-dakı Ülvi Qənizadə isə startda Qırğızıstan güləşçisi Ligilik Satimkul üzərində inamlı qələbə qazanıb. 1/8 finalda Hindistan təmsilçisi Vikaş Vikaşla gərgin qarşılaşmadan da qalib ayrılan idmançını 1/4 finalda macarıstanlı Atilla Toesmaqi ilə görüş gözləyir.

Qeyd edək ki, 55 kq-da mübarizə aparan Nihad Quluzadə isə təsəlliverici görüşlərə qatılıb. Əvvəlcə özbəkistanlı İxtiyar Botirovu, ardınca isə ukraynalı Taras Krupskini mübarizədən kənarlaşdıran güləşçi bürünc medal uğrunda ABŞ təmsilçisi Teylor La Montla üz-üzə gələcək.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}