“Kayrat”ın baş məşqçisi: “Qazaxıstanda “Qarabağ” kimi komanda yoxdur”
Tarix: 03-11-2021 16:37 | Bölmə: İdman
“Kayrat”ın baş məşqçisi: “Qazaxıstanda “Qarabağ” kimi komanda yoxdur”

“Biz Konfrans Liqası və Qazaxıstan çempionatını ayırmırıq. Bütün oyunlar bizim üçün vacibdir”.

Reyting.az
xəbər verir ki, bu sözləri Qazaxıstanın “Kayrat” klubunun baş məşqçisi Kurban Berdıyev Konfrans Liqasının qrup mərhələsində sabah “Qarabağ”la keçirəcəkləri oyun üçün təşkil edilən mətbuat konfransında deyib

O, Ağdam təmsilçisi ilə görüşün onlar üçün həlledici olacağını bildirib: “Düşünürəm ki, sabah pley-offa çıxmaq şanslarımız baxımından həlledici qarşılaşma olacaq. “Qarabağ”la ilk hissədəki kimi 90 dəqiqə oynasaq, müsbət nəticə əldə edə biləcəyik. Komandamızın çıxışında müsbət dəyişikliklər görürəm. Amma yenə də zonalararası oyunda tarazlığa nail olmalıyıq”.

Berdıyev zədəsini sağaldan futbolçusu Yatsek Quralskinin durumu bardə də danışıb: “Tam hazır deyil. 90 dəqiqə oynaya bilməyəcək. Oyunun necə gedəcəyinə və onun bizə nə qədər faydalı olacağına baxacağıq”.

Berdıyev Bakıya gəlməyən erməni cinah yarımmüdafiəçisi Kamo Ohanesyanın Almatıda meydana çıxma ehtimalına da toxunub: “Qarabağ”ın çox güclü sol cinahı da var. Təhlükəli hücumlar qururlar. Həmin cinahda oynamaq bizim üçün çox çətin idi. Görək Kamo sabah start heyətində olacaqmı?”

K. Berdıyev sonda “Qarabağ” haqda müsbət fikirlər səsləndirib: “Əlbəttə, Qazaxıstanda “Qarabağ” kimi komanda yoxdur. Çox hazırlıqlıdırlar, hamısı müxtəlif vəziyyətlərdə necə oynamağı bilirlər”.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}