Azərbaycanlı futbolçu Ukrayna millisinə dəvət alıb
Tarix: 04-11-2021 09:10 | Bölmə: İdman
Azərbaycanlı futbolçu Ukrayna millisinə dəvət alıb

Ukraynanın “Minay” klubunda çıxış edən azərbaycanlı futbolçu Eldar Quliyev bu ölkənin U-21 yığmasına çağırılıb. Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyası məlumat yayıb.

Məlumata görə, baş məşqçi Ruslan Rotanın AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində Şimali Makedoniya və Serbiya ilə matçlar üçün dəvət göndərdiyi oyunçular arasında 19 yaşlı yarımmüdafiəçi də var.

Lakin gənc futbolçunun adı hələlik ehtiyat siyahıya salınıb.

Qeyd edək ki, Eldar Quliyev Azərbaycan millisinə namizəd futbolçulardan hesab olunur. Onunla eyni komandada forma geyinən Rüstəm Əhmədzadə artıq Azərbaycan millisinə dəvət alıb.(Matc.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}